Məşhur ispan evini Mbappeyə satmağa hazırdır – “Real”a transfer olsa

2 Mart 2024 22:00 İspaniya 611
Məşhur ispan evini Mbappeyə satmağa hazırdır – “Real”a transfer olsa

“Sevilya”nın müdafiəçisi Serxio Ramos PSJ-nin hücumçusu Kilian Mbappeyə “Real”a mümkün transferində kömək edir.

Sportinfo.az xəbər verir ki, Paris klubunun keçmiş müdafiəçisinin İspaniyanın paytaxtında bir neçə evi var və onlardan birini Mbappeyə satmağa hazırdır.

Mbappe PSJ rəhbərliyinə mövsümün sonunda klubdan ayrılacağını bildirib. Onun klubla müqaviləsi yayda başa çatacaq.

Daha sonra bir çox mətbuat orqanları 25 yaşlı fransalı futbolçunun “Real”a keçməyə razılıq verdiyini yazıb.

Fransalı forvard bu mövsüm PSJ-nin heyətində 32 oyun keçirib, 32 qol vurub və 7 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti