“Heç kim bura özünü öldürmək və ya ölmək üçün gəlmir”

1 Mart 2024 21:40 İspaniya 506
“Heç kim bura özünü öldürmək və ya ölmək üçün gəlmir”

“Atletiko”nun prezidenti Enrike Serezo “San Mames” stadionunda azarkeşlərə tibbi yardım göstərildiyi üçün “Atletik”lə kral kubokunun yarımfinal matçının dayandırılmasını şərh edib.

Sportinfo.az xəbər verir ki, o, bunları deyib:

“Bu insanlar hazırda xəstəxanadadırlar və biz xəbər gözləyirik. Heç kim stadiona özünü öldürmək və ya ölmək üçün gəlmir”.

Qonaq azarkeşlər “Atletik” fanatlarının hücumuna məruz qalıb.

Son 10 gün ərzində “San Mames”də azarkeşlərin başına belə üç hadisə gəlib. Ötən həftə “Atletik” – “Jirona” matçında da eyni hal yaşanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti