Aprelə qədər yeni məşqçi ilə bağlı qərar qəbul edəcək – “Barselona”

28 Fevral 2024 18:40 İspaniya 487
Aprelə qədər yeni məşqçi ilə bağlı qərar qəbul edəcək – “Barselona”

“Barselona” rəhbərliyi 2023/24 mövsümünün sonunda baş məşqçisi postunda Xavini əvəzləyəcək mütəxəssis axtarışlarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubunun prezidenti Xuan Laporta və idman direktoru Deku aprel ayına qədər yeni məşqçi ilə bağlı qərar qəbul etməyi planlaşdırırlar.

Klubun məşqçi siyahısına hazırda “Brayton”a rəhbərlik edən italiyalı Roberto De Zerbi, həmçinin üç alman məşqçi – Hans-Diter Flik, ​​Tomas Tuxel və Yulian Naqelsmann daxildir.

“Barsa” İspaniya çempionatının 26 turundan sonra 57 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Oktyabr 01:50 Kim güldü, kim üzüldü?