“Real”ın sabiq baş direktoru Xorxe Valdano PSJ-nin hücumçusu Kilian Mbappenin Madrid klubuna mümkün transferi ilə bağlı fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, o, bunları deyib:
“Mbappe başa düşməlidir ki, “Real”da verilən dəyərin qarşılığını pulla deyil, şöhrətlə ödəyirlər”.
Mbappe 2017-ci ilin avqustundan PSJ-də çıxış edir. Onun Fransa klubu ilə müqaviləsi bu yay başa çatacaq.
25 yaşlı forvard 2023/24 mövsümündə 30 matçda 31 qol vurub və 7 məhsuldar ötürmə edib.

