"Barselona" yayda satmağa hazırdır - Levandovskini

24 Fevral 2024 01:30 İspaniya 446
"Barselona" yayda satmağa hazırdır - Levandovskini

Robert Levandovski "Barselona"dan ayrıla bilər.

Sportinfo.az xəbər verir ki, maddi problemlər yaşayan Kataloniya təmsilçisi bir neçə futbolçunu satmağı planlaşdırır.

İspaniya klubu yaxşı təklif gələcəyi təqdirdə yayda polşalı hücumçunu satmağa hazırdır.

"Barselona" Robert Levandovskini 2022-ci ilin yayında "Bavariya"dan transfer edib.

35 yaşlı forvard bu mövsüm komandanın heyətində meydana çıxdığı 34 rəsmi matçda 18 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti