Müqavilə müddəti uzadıldı - Millinin baş məşqçisi ilə

23 Fevral 2024 16:00 İspaniya 548
Müqavilə müddəti uzadıldı - Millinin baş məşqçisi ilə

İspaniya Futbol Federasiyası millinin baş məşqçisi Luis De La Fuente ilə müqaviləni uzadıb.

Sportinfo.az xəbər verir ki, 62 yaşlı mütəxəssis 2026-cı il dünya çempionatının sonuna qədər komandada qalacaq.

İspaniya millisi Fuente ilə ötən il Millətlər Liqasının qalibi olub. O, 2022-ci ildən yığmanı çalışdırır.

İspaniya millisi Avropa çempionatının final mərhələsində İtaliya, Xorvatiya və Albaniya ilə bir qrupa düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM