"Barselona" bazar dəyəri 300 min avro olan oyunçunu alır?

22 Fevral 2024 22:20 İspaniya 1 014
"Barselona" bazar dəyəri 300 min avro olan oyunçunu alır?

"Barselona" "Ştutqart"ın 20 yaşlı yarımmüdafiəçisi Raul Paula ilə maraqlanır.

Sportinfo.az xəbər verir ki, Paula hazırkı oyun vaxtından narazıdır və "Barselona"ya keçməklə uşaqlıq arzusunu reallaşdırmaq niyyətindədir.

O, “Boblinqen” və “Ştutqart”un yetirməsidir. Futbolçu bu mövsüm ikinci komandanın heyətində 21 oyun keçirib, 13 qol vurub,

5 məhsuldar ötürmə edib. Bundan əlavə, Transfermarkt internet portalının məlumatına görə, futbolçunun bazar dəyəri 300 min avrodur.

Paulanın "Ştutqart"la müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi