Baş məşqçinin təklifini geri çevirdi - Hələ oynamaq istəyir

22 Fevral 2024 15:40 İspaniya 463
Baş məşqçinin təklifini geri çevirdi - Hələ oynamaq istəyir

“Real” klubunun yarımmüdafiəçisi Luka Modriç mövsümün sonunda komandanı tərk edəcək.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti xorvatiyalı futbolçuya karyerasını bitirib onun məşqçilər korpusunda yer almağı təklif edib.

38 yaşlı oyunçu bu təklifi rədd edib. O, hələ futbolçu karyerasını davam etdirmək fikrindədir.

“Real” Modriçi 2012-ci ilin yayında “Tottenhem”dən transfer edib. O, bu mövsüm komandanın heyətində meydana çıxdığı 28 matçda 1 qol vurub və 6 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”