
“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi “Barselona”nın 16 yaşlı vingeri Lamin Yamalın çıxışını şərh edib.
Sportinfo.az xəbər verir ki, o, eyni zamanda, ispaniyalı futbolçunu uzun müddətdir tanıdığını deyib:
“İnsanlar Yamalı yalnız bir neçə ay əvvəl tanımağa başladılar, amma mən onu 6 ildir,
“La Masia”da Madrid klubuna qarşı oynayanda və üç qol vurandan tanıyıram. Onun bu qolları necə dəqiq vurduğu məni də heyrətləndirir”.
Yamal kataloniyalıların yetirməsidir və 2023-cü ilin yayında “Barselona”nın əsas komandasına qoşulub.
Bu mövsüm ispaniyalı futbolçu “Barselona”nın heyətində bütün yarışlarda 34 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.