“Real” Arda Güləri yayda icarəyə göndərəcək?

17 Fevral 2024 22:00 İspaniya 1 603
“Real” Arda Güləri yayda icarəyə göndərəcək?

“Real” qarşıdakı yay transfer pəncərəsində yarımmüdafiəçisi Arda Güləri icarəyə göndərməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, 18 yaşlı futbolçunun matçların tempini saxlamaq üçün kifayət qədər fiziki hazırlığının olmadığı məlum olub.

Buna görə, Ardanın yayda oyun təcrübəsi qazanmaq üçün başqa kluba göndəriləcəyi bildirilir.

Gülər ötən ilin yayında “Fənərbaxça”dan “Real”a keçib. O, bu mövsüm bütün turnirlərdə 4 matçda iştirak edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti