“Atletiko”nun ulduzu xəyalındakı hücumçunu canlandırdı

23 Yanvar 2024 15:20 İspaniya 558
“Atletiko”nun ulduzu xəyalındakı hücumçunu canlandırdı

“Atletiko”nun hücumçusu Antuan Qrizmann özü üçün xəyalındakı forvardı yaradıb.

Sportinfo.az xəbər verir ki, fransalı forvard ideal hücumçunun xüsusiyyətlərindən danışıb:

“Xəyalımdakı forvard? Devid Bekhemin ötürməsi, Serxio Busketsin zəkası, Kriştiano Ronaldonun gücünə malik oyunçu.

Dözümlülük? Öz dözümlülüyüm bəs edər. Kokenin işgüzarlığı, Tyerri Anrinin sürəti, Lionel Messinin texnikası və Filippo İnzaqinin bitiriciliyi olsa, daha yaxşıdır.

Mənim üçün ideal forvard bu xüsusiyyətlərə malik olan forvarddır”.

Qrizmann bu mövsüm “Atletiko”nun heyətində bütün turnirlərdə 28 matçda iştirak edib, 18 qol vurub və 4 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti