“Onların reaksiyasını başa düşürəm, amma hər şey doğru idi”

23 Yanvar 2024 00:00 İspaniya 670
“Onların reaksiyasını başa düşürəm, amma hər şey doğru idi”

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 21-ci turunun “Almeriya” ilə oyununda (3:2) hakim qərarları ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis hər şeyin doğru olduğunu bildirib:

“Bu oyunda hakimin bütün qərarları düzgün idi. “Almeriya”nın reaksiyasını başa düşürəm, amma hər şey doğru idi”.

“Almeriya”nın baş məşqçisi Qaritano “Real”la oyunda hakimliyi tənqid edib. 90+9-cu dəqiqəyə qədər hesab 2:2 olsa da, Dani Karvahalın dəqiq zərbəsindən sonra madridlilər qələbəni qopara biliblər.

21 turdan sonra “Real” 51 xal toplayaraq La Liqanın turnir cədvəlində ikinci pillədədir. “Almeriya” 6 xalla sonuncudur.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 18:10 Çək və bizə göndər!
22 Avqust 08:20 Liqada ilk təyinatlar