"Deyə bilmərəm ki, bunu mütləq edəcəyik, amma..." - Məşhur baş məşqçi

22 Yanvar 10:00 İspaniya 232
"Deyə bilmərəm ki, bunu mütləq edəcəyik, amma..." - Məşhur baş məşqçi

“Barselona”nın baş məşqçisi Xavi bildirib ki, kataloniyalılar bu mövsüm Çempionlar Liqası, La Liqa və İspaniya kral kubokunu qazanacaq gücdədir.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandasına inandığını və uğur qazanmaq üçün mütləq çalışacaqlarını söyləyib:

“Mən qəti şəkildə inanıram ki, bu mövsüm hər üç kuboku da qazana bilərik. Deyə bilmərəm ki, bunu mütləq edəcəyik.

Amma reallaşdırmaq üçün çalışacağıq. Mən buna əminəm.

“Betis” və “Atletik”lə qarşıdakı matçlar özümüzü sübut etmək üçün bir fürsətdir. Bizə qoyulan yüksək səviyyəli tələbləri qəbul edirik, lakin çox vaxt pozitivliyimiz çatmır.

Biz 16, 17 və 18 yaşlı futbolçuları meydana buraxırıq. Buna görə məni tənqid edirlər.

Ona görə deyirəm ki, komanda quruculuğunun prosesi gedir. Uğursuzluğumuz cəhd etməmək olardı”.

Digər Xəbərlər
Xəbər Lenti