Premyer Liqa klubuna keçmək istəmir - "Real"ın ulduzu

22 Yanvar 2024 01:40 İspaniya 560
Premyer Liqa klubuna keçmək istəmir -

Sportinfo.az xəbər verir ki, “Real”ın vingeri Vinisius Junior “Mançester Yunayted”ə keçmək niyyətində deyil.

23 yaşlı futbolçu atasına söz verib ki, Madrid təmsilçisindən ayrıldıqdan sonra karyerasını doğma klubu “Flamenqo”da davam etdirəcək.

Juniorun PSJ-nin futbolçusu Kilian Mbappenin “Real”a transferinə qarşı olduğu da bildirilir.

Vinisius bu mövsüm bütün yarışlarda 17 oyuna çıxıb, 9 qol vurub və 4 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti