İspaniya klubunda baş məşqçi istefası - 0:1-ə görə

21 Yanvar 2024 10:40 İspaniya 847
İspaniya klubunda baş məşqçi istefası - 0:1-ə görə

“Kadis” baş məşqçisi Serxio Qonsalesi istefaya göndərib.

Sportinfo.az La Liqa təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 21-ci turda “Alaves”ə 0:1 hesablı məğlubiyyətdən sonra rəhbərlik bu qərara gəlib.

47 yaşlı mütəxəssis 2022-ci ilin yanvarından elita komandasına rəhbərlik edirdi.

“Kadis” 21 turdan sonra 15 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 18:10 Çək və bizə göndər!
22 Avqust 08:20 Liqada ilk təyinatlar