“Çox yaxşı oynadıq, sona qədər çalışdıq, döyüşdük, səhvlərimiz də oldu"

20 Yanvar 10:00 İspaniya 224
“Çox yaxşı oynadıq, sona qədər çalışdıq, döyüşdük, səhvlərimiz də oldu"

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının İspaniya kubokunun 1/8 finalında “Atletiko”ya uduzmasını (2:4) və turnirlə vidalaşmasını şərh edib.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis komandasının məğlubiyyətə layiq olmadığını bildirib:

“Çox yaxşı oynadıq, sona qədər çalışdıq, döyüşdük. Səhvlərimiz də oldu. Uduzmağa layiq deyildik.

Əlimizdən gələn hər şeyi etdik. “Atletiko” da bizim kimi sona qədər mübarizə apardı”.

“Real” ötən mövsümün final oyununda “Osasuna”nı 2:1 hesabı ilə məğlub edərək İspaniya kubokunu qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!