“Oyunçular məni dəstəkləməyi dayandıran gün əşyalarımı yığıb evə gedəcəm”

19 Yanvar 2024 10:20 İspaniya 511
“Oyunçular məni dəstəkləməyi dayandıran gün əşyalarımı yığıb evə gedəcəm”

“Barselona”nın baş məşqçisi Xavi Kataloniya klubundakı gələcəyindən danışıb.

Sportinfo.az “sport.es”-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis oyunçuların ona inandığını bildirib:

“Oyunçular məni dəstəkləməyi dayandıran gün əşyalarımı yığıb evə gedəcəm. Finalda, “Real”la matçda məğlubiyyətlər ağrı və təzyiq yaradır.

Amma komanda güclüdür, oyunçular bizə inanırlar. Düzdür, çox zəif oynadıq, lakin biz ötən mövsümün uğurunu təkrarlamaq istəyirik”.

Hazırda “Barselona” İspaniya çempionatında 41 xalla 4-cü yeri tutur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti