Premyer Liqadan hücumçu gətirdilər – Bir qəpik ödəmədən

18 Yanvar 2024 22:00 İspaniya 608
Premyer Liqadan hücumçu gətirdilər – Bir qəpik ödəmədən

“Sevilya” klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, İspaniya klubu “Mançester Yunayted”in U-23 komandasından Mateo Mexiyanı heyətinə qatıb.

“Sevilya” 20 yaşlı vinger üçün qarşı tərəfə təzminat ödəməyib. Futbolçunun növbəti satışından əldə ediləcək gəlirin 25 faizi “qırmızı şeytanlar”a çatacaq.

MY Mexiyanı 2019-cu ildə “Saraqosa”nın akademiyasından transfer etmişdi. Kolumbiyalı futbolçu bu mövsüm U-23 komandasının heyətində meydana çıxdığı 13 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti