“Barselona” “Mançester Siti”dən kimi transfer etmək istəyir?

18 Yanvar 18:40 İspaniya 266
“Barselona” “Mançester Siti”dən kimi transfer etmək istəyir?

“Barselona”nın idman direktoru Deku “Mançester Siti”nin yarımmüdafiəçisi Kelvin Fillipsi komandaya gətirmək üçün hərəkətə keçib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı funksioner Fillipsin Kataloniya təmsilçisinin oyununa lazımi tarazlığı gətirəcəyinə əmindir.

Deku yarımmüdafiəçinin güclü tərəflərini yaxşı bilir, onu “Lids”də olduğu müddətdə yaxından izləyib.

Buna görə də, Deku Kelvinin “Barselona”ya gəlməsi üçün hərəkətə keçib. O, futbolçunun transferini vacib hesab edir.

Fillips 2022-ci ilin yayından “Mançester Siti”də oynayır. O, bu mövsüm “şəhərlilər”in heyətində 10 matça çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti