“Barselona” Xavini tezliklə istefaya göndərəcək?

17 Yanvar 01:30 İspaniya 218
“Barselona” Xavini tezliklə istefaya göndərəcək?

“Barselona” baş məşqçisi Xavini istefaya göndərə bilər.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi bu həftə keçiriləcək matçlarda komanda qeyri-qənaətbəxş nəticə göstərəcəyi təqdirdə, mütəxəssisi istefaya göndərmək variantını nəzərdən keçirir.

Bildirilib ki, “Barselona”nın prezidenti Xuan Laporta və idman direktoru Dekunun Xaviyə dəstəyinə baxmayaraq, rəhbərlik məşqçi ilə bağlı qərarını dəyişə bilər.

Onun komandası buna görə də İspaniya kubokunda 1/8 finalda “Unionistas Salamanka” və La Liqada “Betis”lə matçlarda yaxşı nəticə göstərməlidir.

Xəbərdə yazılıb ki, Xavi istefaya göndərilsə, komandanın yeni baş məşqçisi hazırda “Atletik”i çalışdıran Rafael Markes olacaq.

“Barselona” hazırda La Liqada 41 xalla 4-cü pillədə qərarlaşıb. Komanda yanvarın 14-də İspaniya superkubokunun finalında “Real”a 1:4 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti