“Üzr istəyirəm, karyeramda çox məğlubiyyətlər yaşamışam, amma...”

15 Yanvar 21:40 İspaniya 268
“Üzr istəyirəm, karyeramda çox məğlubiyyətlər yaşamışam, amma...”

“Barselona”nın baş məşqçisi Xavi İspaniya Superkubokunun final oyununda “Real”a məğlub (1:4) olduqlarına görə azarkeşlərdən üzr istəyib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis həlledici qarşılaşmada istədikləri kimi oynamadıqlarını bildirib:

“Bu turnirə böyük ümidlərlə gəlmişdik. Əslində, motivasiyamız da yüksək idi.

Amma ən pis oyunumuzu oynadıq. Debüt yaxşı alınmadı, sonradan qol vursaq da, 1:3-dən sonra işimizi ciddi şəkildə çətinləşdi.

Madridlilər əks-hücumlarda çox təhlükəli idi, onları dayandıra bilmədik. Məğlubiyyətə görə azarkeşlərdən üzr istəyirəm.

Futbolçu karyeramda da çox məğlubiyyətlər yaşamışam, amma sonda istədiyimizə çatmışıq. “Barsa” yenə də güclü qayıdacaq”.

Digər Xəbərlər
Xəbər Lenti