150 min avro alacaqlar - “Barselona” üzərində qələbənin mükafatı

15 Yanvar 2024 15:40 İspaniya 706
150 min avro alacaqlar - “Barselona” üzərində qələbənin mükafatı

İspaniya superkubokunun finalında “Barselona”ya qalib gələn “Real”ın hər bir futbolçusu 150 min avro alacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “Football Espana” məlumat yayıb.

Bildirilir ki, “Real”ın prezidenti Florentino Peres komanda və məşqçilər heyətini mükafatlandırmaq üçün 4 milyon avro ayırıb.

İspaniya superkubokunun final oyununda “Real” “Barselona”ya qalib gəlib. Ər-Riyaddakı (Səudiyyə Ərəbistanı) “Əl-Əvval Park” stadionunda baş tutan qarşılaşma “Real”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 18:10 Çək və bizə göndər!
22 Avqust 08:20 Liqada ilk təyinatlar