“Real” “Barselona”nı darmadağın etdi, Superkuboku qazandı - Səudiyyədən VİDEO

15 Yanvar 01:10 İspaniya 1 488
“Real” “Barselona”nı darmadağın etdi, Superkuboku qazandı - Səudiyyədən VİDEO

İspaniya Superkubokunun final oyununda “Real Madrid” və “Barselona” üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, Ər-Riyaddakı (Səudiyyə Ərəbistanı) “Əl-Əvval Park” stadionunda baş tutan qarşılaşma “Real Madrid”in 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçı Xuan Martinez Munueranın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

“Real Madrid”in matçdakı üç qolunu braziliyalı Vinisius Junior vurub. O, 32 dəqiqə ərzində het-trik edib. Beləliklə, Vinisius XXI əsrdə “El-Klassiko”da ən sürətli het-trikə imza atıb.

Braziliyalı İspaniya Superkuboku uğrunda görüşdə 39-cu dəqiqəyə kimi "Barselona"nın qapısına 3 qol vurub. Bu, İspaniya Superkubokunun final oyununda ən sürətli het-trikdir.

“Barselona” bu qollardan yalnız birinin əvəzini çıxa bilib – 33-cü dəqiqədə Levandovski fərqlənib.

Qarşılaşmanın 64-cü dəqiqəsində Rodriqo “Real”ın 4-cü qolunu vurub: 4:1.

Beləliklə, “kral klubu” tarixində 13-cü dəfə İspaniya Superkubokunun sahibi olub. "Barselona" isə 14 dəfə Superkuboku qazanıb.

"Barselona" ötən ilin 16 yanvarında "Real Madrid"i 3:1 hesabı ilə yenərək İspaniya Superkubokunun qalibi olub.

"Real" - "Barselona" 4:1
Qollar:
Vinisius Junior, 7 (1:0), 10 (2:1), Levandovski, 33 (2:1), Vinisius Junior, 39-pen. (3:1), Rodriqo, 64 (4:1)
Qırmızı vərəqə: Arauxo, 71 ("Barselona")

Digər Xəbərlər
Xəbər Lenti