Silahla hədələndi, evi qarət olundu - Məşhur hücumçu

14 Yanvar 21:00 İspaniya 290
Silahla hədələndi, evi qarət olundu - Məşhur hücumçu

“Atletiko”nun hücumçusu Anxel Korrea ailəsi ilə birlikdə olduğu evində qarət edilib.

Sportinfo.az xəbər verir ki, hadisə dünən baş verib.

Dörd şəxs argentinalı futbolçunun evinə girərək onu silahla hədələyib. Oğurluq zamanı pul və qızıl-zinət əşyaları götürülüb.

Mülki qvardiya bütün mümkün sübutları toplamaq, belə çətin zamanda futbolçuya və ailəsinə kömək etmək üçün hadisə yerinə gəlib. Xəsarət alanlar barədə məlumat verilməyib.

28 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 23 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti