“Roma” və “Fulhem”in hədəfində - Türkiyəli müdafiəçi

14 Yanvar 2024 00:10 İspaniya 476
“Roma” və “Fulhem”in hədəfində - Türkiyəli müdafiəçi

“Atletiko”nun müdafiəçisi Çağlar Söyüncü komandadan ayrıla bilər.

Sportinfo.az xəbər verir ki, türkiyəli futbolçunun xidmətində “Roma” və “Fulhem” maraqlıdır.

İtaliya klubu 27 yaşlı mərkəz müdafiəçisini mövsümün sonuna kimi icarəyə götürmək istəyir. “Fulhem” isə 20 milyon avro ödəyərək oyunçunu transfer etmək niyyətindədir.

Çaglar mövsümün əvvəlində “Atletiko”ya azad agent statusu ilə keçib. Türkiyə millisinin üzvü Madrid təmsilçisinin heyətində 9 matçda meydana çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti