COP29

“Real”la oyunu buraxacaq - “Barselona”da itki

12 Yanvar 18:20 İspaniya 244
“Real”la oyunu buraxacaq - “Barselona”da itki

“Barselona”nın cinah oyunçusu Rafinya bud nahiyəsindən zədə alıb və İspaniya superkubokunun “Real”la oyununu buraxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Rafinya 2022-ci ilin yayında 58 milyon avroya “Lids”dən “Barselona”ya keçib.

Braziliyalı futbolçu bu mövsüm “Barsa”da bütün yarışlarda 18 oyun keçirib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.

İspaniya superkubokunun həlledici matçında “Real” və “Barselona” üz-üzə gələcək. Oyun yanvarın 14-də “Əl Avval Park” stadionunda (Səudiyyə Ərəbistanı) keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 May 08:50 Mahir döndü - VİDEO
20 May 03:00 "Sabah" revanş aldı