COP29

Məşhur məşqçi Ardanın atasına və anasına bu cür təşəkkür etdi - VİDEOLAR

12 Yanvar 01:40 İspaniya 355
Məşhur məşqçi Ardanın atasına və anasına bu cür təşəkkür etdi - VİDEOLAR

Madrid “Real”ının türkiyəli futbolçusu Arda Güler ötən gün İspaniya Superkubokunun yarımfinalında “Atletiko”ya 5:3 qalib gəldikləri matçdan sonra açıqlamalar verib.

Sportinfo.az xəbər verir ki, o, “kral klubu”nda son 2 matçda meydana çıxmasından danışıb.

18 yaşlı yarımmüdafiəçi həmçinin Madrid təmsilçisində ilk kubokunu qazana biləcəyinə inandığını deyib:

“Superkubokda finala çıxdığım üçün sevinirəm. Baş məşqçimiz də mənə inanır və şans verir.

Hər kəs üçün hər şey yaxşı olsun. Türkiyədən böyük dəstək var.

Mən hələ xəyallarımın çox az hissəsini həyata keçirmişəm. Daha böyük uğurlara imza atmaq istəyirəm”.

Daha sonra Karlo Ançelotti Arda Güler haqqında danışıb:

“Hazırda yaxşı formadadır. Bu cür istedadlı oyunçunun bizimlə olması xoşbəxtlikdir.

Arda istedadını göstərmək üçün fürsət tapacaq. Komandaya bir az da adaptasiya olmalıdır.

Onunla bağlı nikbin və ümidliyik. “Real” üçün önəmli biri olacaq.

Sol ayaqlı böyük istedaddır. Ana və atasına bu cür istedad görə təşəkkür edirik”.

Digər Xəbərlər
Xəbər Lenti