COP29

“Rəqiblərimizə “hədiyyə” verməyi dayandırmalıyıq” - “Barselona”nın baş məşqçisi

12 Yanvar 00:20 İspaniya 201
“Rəqiblərimizə “hədiyyə” verməyi dayandırmalıyıq” - “Barselona”nın baş məşqçisi

“Barselona”nın baş məşqçisi Xavi “Osasuna” ilə İspaniya superkubokunun yarımfinal matçı öncəsi komandasının çıxışından danışıb.

Sportinfo.az xəbər verir ki, 43 yaşlı mütəxəssis Kataloniya təmsilçisinin çoxlu səhvə yol verdiyini deyib:

“Rəqiblərimizə “hədiyyə” verməyi dayandırmalıyıq. Bəli, evdə matçları çətinləşdirən müəyyən səhvlərimiz oldu, amma düşünürəm ki, biz onları tədricən aradan qaldırırıq.

Son oyunlarda yaxşılaşa bildik. Pley-offda belə səhvləri təkrarlaya bilmərik. Çünki rəqib dərhal bizi cəzalandıracaq”.

“Barselona” və “Osasuna” arasında İspaniya superkubokunun yarımfinal oyunu yanvarın 11-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti