COP29

“Yeni il gəldi və diqqətlə düşünüb futbola qayıtmaq qərarına gəldim"

11 Yanvar 00:00 İspaniya 275
“Yeni il gəldi və diqqətlə düşünüb futbola qayıtmaq qərarına gəldim"

“Barselona”nın keçmiş futbolçusu Jerar Pike böyük futbola məşqçi kimi qayıdacaq.

Sportinfo.az xəbər verir ki, İspaniya millisinin keçmiş üzvü futbol üçün darıxdığını bildirib:

“Yeni il gəldi və diqqətlə düşünüb futbola qayıtmaq qərarına gəldim. Mən onun üçün çox darıxıram. Bu dəfə oyunçu yox, məşqçi olacam. Təfərrüatları həftənin sonunda paylaşacam”.

Pike “Barselona”nın yetirməsidir. O, karyerası ərzində 1 dəfə dünya və Avropa çempionatının, 4 dəfə Çempionlar Liqasının, 9 dəfə La Liqanın, 3 dəfə UEFA superkubokunun, 7 dəfə İspaniya Kral kubokunun, 6 dəfə İspaniya superkubokunun qalibi olub.

36 yaşlı sabiq müdafiəçi ötən il karyerasını başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
20 May 08:50 Mahir döndü - VİDEO
20 May 03:00 "Sabah" revanş aldı