COP29

AÇ-2024-də iştirak edə bilməyəcək – Risk etmək istəmirlər

10 Yanvar 18:40 İspaniya 275
AÇ-2024-də iştirak edə bilməyəcək – Risk etmək istəmirlər

Barselona”nın yarımmüdafiəçisi Qavi AÇ-2024-ü buraxacaq.

Sportinfo.az xəbər verir ki, hazırda zədəli olan futbolçunun sağalma prosesi gözlənildiyindən qat-qat yaxşı gedir.

Proses “Barselona”nın tibbi xidməti və fizioterapevtləri, həmçinin İspaniya Futbol Federasiyası (RFEF) tərəfindən yaxından izlənilir.

Futbolçu təqribən gələn ay daha böyük intensivliklə məşqlərə başlamağı planlaşdırır. “Barselona”nın hesablamalarına görə, bu ritmdə Qavinin komandaya iyun ayında qayıtması gözlənilir.

Lakin o, Almaniyada keçiriləcək 2024-cü il Avropa çempionatına qatılmayacaq. İspaniya Futbol Federasiyası oyunçu ilə bağlı risk etmək istəmir.

Yarımmüdafiəçi 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İspaniya və Gürcüstan milliləri arasında keçirilən matçda (3:1) zədələnib. Qavi bu mövsüm “Barselona”nın heyətində 15 oyunda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti