COP29

Federasiya millinin baş məşqçisi ilə bağlı nə qərar verdi?

10 Yanvar 15:20 İspaniya 306
Federasiya millinin baş məşqçisi ilə bağlı nə qərar verdi?

İspaniya Futbol Federasiyası millinin baş məşqçisi Luis de la Fuente ilə müqaviləni 2026-cı ilə qədər uzatmaq qərarına gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilib ki, mütəxəssislə müqavilənin uzadılması martda, Kolumbiya və Braziliya ilə yoldaşlıq oyunları öncəsi reallaşacaq.

Federasiya rəhbərliyinin 62 yaşlı məşqçinin işindən razı olduğu vurğulanıb.

De la Fuente 2023-cü il yanvarın 1-də İspaniya millisinə baş məşqçi təyin edilib. Onun rəhbərliyi altında komanda Avro-2024-ün final mərhələsinə vəsiqə qazanıb, Millətlər Liqası-2023-ün qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti