COP29

“Barselona”ya sərfəli müqavilə təklif olundu

9 Yanvar 22:00 İspaniya 301
“Barselona”ya sərfəli müqavilə təklif olundu

Sportinfo.az xəbər verir ki, ötən ilin yayından klubsuz qalan “Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Cessi Linqardın nümayəndələri oyunçunun xidmətlərini “Barselona”ya təklif ediblər.

31 yaşlı futbolçunun nümayəndələri hesab edirlər ki, Kataloniya təmsilçisinə Linqardla müqavilə bağlamaq sərfəli olacaq.

Çünki onun üçün başqa klublara pul ödəməyəcəklər. Bundan əlavə, futbolçu ildə 2 milyon avro maaş gözləyir ki, bu da maliyyə baxımından “Barselona” üçün uyğundur.

Linqardın son klubu 2022/2023 mövsümündə çıxış etdiyi İngiltərənin “Nottingem Forrest” klubu olub. Son bir ayda yarımmüdafiəçi Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunda məşq edərək formasını qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti