Arda Madrid derbisində də "Real"ın formasını geyinəcək?

9 Yanvar 2024 15:20 İspaniya 824
Arda Madrid derbisində də "Real"ın formasını geyinəcək?

“Real”ın yarımmüdafiəçisi Arda Gülər İspaniya superkubokunun yarımfinalında “Atletiko” ilə oyun üçün iştirak ərizəsində yer alıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Karlo Ançelotti şans versə, türkiyəli sözügedən matçda meydana çıxa biləcək.

Madrid derbisi yanvarın 10-da, Səudiyyə Ərəbistanının “Al-Avval” stadionunda keçiriləcək. Görüş saat 23:00-da başlayacaq.

Digər yarımfinal oyununda “Barselona” “Osasuna” ilə qarşılaşacaq. Final qarşılaşması isə yanvarın 14-də olacaq.

Arda “Real”da yanvarın 7-də keçirilən İspaniya kubokunun 1/16 finalında, “Arandina” ilə oyunda debüt edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti