COP29

Özündən çıxdı, hakimi söydü – Ağır cəza alacaq?

8 Yanvar 10:00 İspaniya 355
Özündən çıxdı, hakimi söydü – Ağır cəza alacaq?

“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 19-cu turunun “Las Palmas”la matçında (2:1) baş hakimi təhqir edib.

Sportinfo.az xəbər verir ki, görüşün 23-cü dəqiqəsində baş hakimin “Las Palmas”ın futbolçusunun “Barselona”lı Serji Robertoya qarşı sərt oyununu kobudluq kimi qiymətləndirməməsi Xavini özündən çıxarıb.

Hakim ona sərt şəkildə etiraz edən baş məşqçiyə sarı vərəqə göstərib. Daha da qəzəblənən Xavi hakimi kobud şəkildə təhqir edib.

Onun referinin anasını söydüyü də bildirilir. Hakim bunu eşitmədiyi üçün Xavi oyun zamanı cəzadan yayına bilib.

Ancaq bu, araşdırılsa, Xavi bir neçə oyunluq cəzalandırıla bilər.

“Barselona” 19 turdan sonra turnir cədvəlində 41 xalla 3-cü pillədə qərarlaşıb. Komanda lider “Real”dan 7 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
20 May 08:50 Mahir döndü - VİDEO
20 May 03:00 "Sabah" revanş aldı