Son 62 ilin ən yaxşı müdafiə rekordunu qırdı - “Real”

5 Yanvar 2024 16:55 İspaniya 507
Son 62 ilin ən yaxşı müdafiə rekordunu qırdı - “Real”

“Real” son 62 ilin ən yaxşı müdafiə rekordunu qırıb.

Sportinfo.az xəbər verir ki, “kral klubu” La Liqanın cari mövsümünün 19 oyununda cəmi 11 qol buraxıb.

Madridlilər ölkə çempionatlarındakı ən yaxşı nəticəsini təkrarlayıb. 1961-62 mövsümündə komanda eyni müddətdə eyni sayda qol buraxaraq çempion olmuşdu.

İndiyə qədər La Liqanın ilk 19 oyununda 11 və ya daha az qol buraxan 9 komandadan 7-si mövsümün sonunda çempion olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti