“Real”ın sabiq qapıçısı Keylor Navas Tibo Kurtuanın ciddi zədə almasından sonra keçmiş klubuna öz xidmətini təklif edib.
Sportinfo.az xəbər verir ki, “kral klubu” bu variantdan imtina edib və öncədən də əsas qolkiper adına namizəd olan Kepa Arrisabalaqa ilə müqavilə imzalamaq üçün danışıqları davam etdirib.
Navas 2014-cü ilin avqustundan 2019-cu ilin sentyabrına qədər Madrid klubunda çıxış edib. Kosta-rikalı futbolçu bundan sonra hələ də məxsus olduğu PSJ-yə keçib.

