“Mən hələ istədiyim kimi oyunçu olmamışam, qazanmamışam”

3 Yanvar 2024 10:40 İspaniya 750
“Mən hələ istədiyim kimi oyunçu olmamışam, qazanmamışam”

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq Kataloniya klubunu tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, niderlandlı futbolçu bu iddiaları təkzib edib:

“Mən həmişə olmaq istədiyim klubdayam. “Barselona”da oynamaq arzusunda idim.

Amma arzuladığım kubokları hələ qazanmamışam. Mən hələ istədiyim kimi oyunçu olmamışam.

Ciddi titullar qazanmaq istəyirəm, bunu hələ etməmişəm. Meydanda mühüm rol oynamaq və təkmilləşməyə davam etmək istəyirəm.

Qarşıda hələ çox oyun var. Bizim istedadlı komandamız var, lakin sabitlik yoxdur”.

“Barselona” 18 turdan sonra La Liqada 38 xalla 4-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar