Müqaviləsi olsa da, yenilənməyəcək - “Barselona”ya qayıdır

31 Dekabr 2023 21:00 İspaniya 734
Müqaviləsi olsa da, yenilənməyəcək - “Barselona”ya qayıdır

“Liverpul”un yarımmüdafiəçisi Tyaqo Alkantara “Barselona”ya qayıdır.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı futbolçunun ingilislərlə mövsümün sonuna qədər müqaviləsi olsa da, yenilənməyəcək.

Futbolçu bu mövsüm səhhətində yaranan problemlərə görə hələ meydana çıxmayıb.

Mersisaydlılar ispaniyalıya mövsümün sonuna qədər maaş verməmək üçün onu qış transfer pəncərəsində pulsuz buraxmağı planlaşdırırlar.

Tyaqo “Barselona”nın yetirməsidir. O, Kataloniya klubundan başqa, “Bayern”də də oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti