42 yaşında əlcəklərini mıxdan asdı - “Real”ın keçmiş qapıçısı

29 Dekabr 2023 18:40 İspaniya 683
42 yaşında əlcəklərini mıxdan asdı - “Real”ın keçmiş qapıçısı

“Real Madrid”in keçmiş qapıçısı Dieqo Lopez 42 yaşında peşəkar futboldan ayrıldığını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

İspaniyalı qolkiperin son klubu “Rayo Valyekano” olub. Futbolçunun komanda ilə müqaviləsi bu il iyulun əvvəlində başa çatıb.

Lopez karyerası ərzində “Real Madrid”, “Milan”, “Vilyarreal”, “Sevilya” və “Espanyol” kimi komandalarda çıxış edib.

Madrid klubu ilə qapıçı Çempionlar Liqası, La Liqa və İspaniya kubokunun qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti