Yeni transfer milyona avroya başa gəldi

28 Dekabr 2023 10:20 İspaniya 5 857
Yeni transfer milyona avroya başa gəldi

“Betis” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, La Liqa təmsilçisi ABŞ yığmasının və Braziliyanın “İnternasyonal” klubunun yarımmüdafiəçisi Conni Kardozonu heyətinə qatıb.

Onunla müddəti 2029-cu ilə qədər qüvvədə olacaq müqavilə imzalanıb.

Transfer “Betis”ə 6 milyona avroya başa gəlib. Futbolçunun müqaviləsi 2024-cü ilin yanvar ayının 1-də qüvvəyə minəcək.

Kardozo “İnternasyonal”ın heyətində 144 oyun keçirib, 7 qol vurub, 5 məhsuldar ötürmə verib. O, ABŞ yığmasında da 9 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM