İcarəyə götürdüyü qapıçını transfer etməyəcək – Paytaxt təmsilçisi

26 Dekabr 2023 18:20 İspaniya 665
İcarəyə götürdüyü qapıçını transfer etməyəcək – Paytaxt təmsilçisi

“Real”ın qapıçısı Kepa Arrisabalaqa icarə müddətini başa vurduqdan sonra məxsus olduğu “Çelsi”yə qayıdacaq.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi 29 yaşlı qolkiperi transfer etməyəcək.

Buna səbəb klubun əsas qapıçısı Tibo Kurtuanın sağalmasının sürətlənməsi, eləcə də ukraynalı qapıçısı Andrey Luninin bu mövsüm inamlı oyunudur.

Arrisabalaqa bu mövsüm 15 oyun keçirib, 12 qol buraxıb və 7 oyunda qapısını toxunulmaz saxlayıb. Onun “Çelsi” ilə müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti