“Ən azı 2023-cü il qədər yaxşı olsun” - Xavinin 2024-cü illə bağlı arzusu

26 Dekabr 2023 01:40 İspaniya 659
“Ən azı 2023-cü il qədər yaxşı olsun” - Xavinin 2024-cü illə bağlı arzusu

“Barselona”nın baş məşqçisi Xavi qarşıdan gələn 2024-cü il üçün arzusundan danışıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis yeni ildə mümkün qədər çox titul qazanmaq istədiklərini deyib:

“2024-cü il və klubun 125 illik yubileyi üçün bütün komandaya, rəhbərliyə arzum sağlamlıq, əmin-amanlıq və idman uğurlarıdır.

Bunun üçün çalışacağıq. İdman baxımından mümkün qədər çox titul qazanmaq istəyirik.

Düzdür, keçən il yaxşı mövsüm keçirdik, amma təbii ki, builki hədəflər qüvvədə qalır. 2024-cü il də ən azı 2023-cü il qədər yaxşı olsun”.

İspaniya çempionatının 18 turundan sonra Kataloniya klubu 38 xalla 3-cü pillədə qərarlaşıb. “Real” isə 45 xalla 1-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM