“İli belə başa vurmaq istəməzdik, indi bir az dincəlmək vaxtıdır”

26 Dekabr 2023 01:30 İspaniya 520
“İli belə başa vurmaq istəməzdik, indi bir az dincəlmək vaxtıdır”

“Sevilya”nın müdafiəçisi Serxio Ramos komandasının 2023-cü ildəki nəticələrini şərh edib.

Sportinfo.az xəbər verir ki, o, 2024-cü ildə klubun özünü daha yaxşı təkmilləşdirəcəyinə inandığını deyib:

“İli belə başa vurmaq istəməzdik, amma sona qədər mübarizə apardıq. İndi bir az dincəlmək vaxtıdır.

Biz 2024-cü ildə uğur qazanmağa və böyüməyə diqqət yetirməliyik. Təkmilləşdirilməli olan şeylər var və biz bunu birlikdə edəcəyik”.

37 yaşlı müdafiəçi bu mövsüm 15 matça çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

18 turdan sonra “Sevilya” 16 xalla La Liqanın turnir cədvəlində 15-ci yerdədir. Komanda Çempionlar Liqasında B qrupunda sonuncu yerdə qərarlaşıb və avrokuboklardan kənarda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti