Bu klubun avrokuboklardan kənarlaşdırılması ilə bağlı qərar verəcək

25 Dekabr 2023 01:40 İspaniya 926
Bu klubun avrokuboklardan kənarlaşdırılması ilə bağlı qərar verəcək

UEFA 2024-cü ilin fevralında “Barselona”nın avrokuboklardan kənarlaşdırılması ilə bağlı qərar verəcək.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubu PSJ, “Mançester Siti” və “Milan”la birlikdə UEFA-nın maliyyə qaydalarına əməl etməməkdə şübhəli bilinir.

2023-cü ilin iyulunda “Barselona” UEFA tərəfindən səhv maliyyə hesabatlarına görə 500 min avro cərimə olunub.

Klub 2023/24 mövsümündə Çempionlar Liqasının qrup mərhələsindəki çıxışına görə 71,5 milyon avro qazanıb.

Kataloniyalılar Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb və onların rəqibi “Napoli” olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM