“Bizim komandada analoqu olmayan enerji var”

23 Dekabr 2023 18:40 İspaniya 458
“Bizim komandada analoqu olmayan enerji var”

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Alaves” üzərində qələbəni (1:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis qarşılaşmanın çox çətin keçdiyini bildirib:

“Komanda çox böyük səy göstərdi və hesab edirəm ki, sonda qələbəyə layiq idik. Qarşılaşma çox çətin keçdi.

Azlıqda qalanda çoxu fikirləşə bilər ki, rəqib qol vura bilər, amma bizim komandada analoqu olmayan enerji var.

Yaxşı dayandıq, çox yaxşı müdafiə olunduq və mükafatlandırıldıq. Bizim üçün çətin matç oldu, lakin komandanın fədakarlığı sayəsində qalib gəldik”.

“Kral klubu” La Liqada 18 turdan sonra 45 xalla turnir cədvəlinə liderlik edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti