“Barselona”nın baş məşqçisi Xavi oyunundan razı qalmadığı futbolçunun adını açıqlayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
O bildirib ki, Kataloniya klubunda icarə əsasında çıxış edən Joao Feliksin oyun səviyyəsindən razı deyil.
Xavinin fikrincə, Feliks meydanda lazımi qədər intensiv oyunçu deyil, buna görə sürəti zəifdir. O, futbolçunun La Liqada "Almeriya" ilə (3:2) matçdakı oyunundan daha çox narazı qalıb.

