"Adətən, aqressiv oluruq"

22 Dekabr 2023 15:20 İspaniya 745
"Adətən, aqressiv oluruq"

“Betis”in baş məşqçisi Manuel Pelleqrini “Jirona” ilə oyundan gözləntilərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, deyib:

“Jirona” özü üçün vacib dövr yaşayır. Müdafiədə ciddi oyun keçirməli və hücumda əlimizə düşən şanslardan yararlanmalı olacağıq.

Evdə biz adətən aqressiv oluruq və həm də topu özümüzdə saxlamaq istəyirik”.

“Betis” 17 turdan sonra 27 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. “Jirona” 44 xalla liderdir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar