Sabiq baş məşqçi futbol direktoru vəzifəsinə təyin olundu – Paytaxt klubunda

21 Dekabr 2023 21:40 İspaniya 758
Sabiq baş məşqçi futbol direktoru vəzifəsinə təyin olundu – Paytaxt klubunda

“Real”ın keçmiş yarımmüdafiəçisi və sabiq baş məşqçisi Santyaqo Solari Madrid klubunun futbol direktoru vəzifəsinə təyin olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Solari 2000-2005-ci illərdə “Real”da çıxış edib. O, oyunçu kimi komanda ilə birlikdə ikiqat İspaniya çempionu və 2001/02-ci illərdə Çempionlar Liqasının qalibi olub.

Argentinalı mütəxəssis 2018-2019-cu illərdə Madrid komandasında baş məşqçi kimi çalışıb. Onun rəhbərliyi altında “kral klubu” 2018-ci ildə klublararası dünya çempionu olub.

Solari futbol direktoru vəzifəsində Manuel Fernandesi əvəz edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti