“Barselona”nın hücumçusu Robert Levandovskinin agenti Pini Zahavi futbolçunun Kataloniya klubundakı gələcəyi ilə bağlı sualı cavablandırıb.
Spotinfo.az xəbər verir ki, o, polşalı futbolçunun Kataloniya klubunda qalacağını söyləyib:
“Levandovskinin gələcəyi? Təbii ki, o, “Barselona”da qalacaq”.
35 yaşlı Levandovski bu mövsüm bütün yarışlarda 20 matçda iştirak edib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.
“Barselona” 17 turdan sonra İspaniya çempionatının turnir cədvəlində 35 xalla dördüncü pillədə qərarlaşıb. Komanda lider “Jirona”dan 9 xal geri qalır.

