18 mövsümdə ən azı 1 qol vurmağı bacarıb Serxio Ramos rekordu təkrarladı

21 Dekabr 2023 18:20 İspaniya 448
18 mövsümdə ən azı 1 qol vurmağı bacarıb Serxio Ramos rekordu təkrarladı

İspaniya Primerosunun 18-ci turunda "Sevilya" "Qranada"nı 3:0 hesabı ilə məğlub edib. Əndəlusiya təmsilçisinin qollarından birini Serxio Ramos vurub.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı ispaniyalı bununla da, La Liqada Xoakinin rekordunu təkrarlayıb.

Belə ki, o, "Betis"in sabiq futbolçusu kimi 18 mövsümdə ən azı bir qol vurmağı bacarıb. Hazırda Ramos bütün turnirlərdə 14 oyun keçirib, 4 qol vurub, məhsuldar ötürmə edib və 5 vərəqə ilə cəzalandırılıb (4 sarı və 1 qırmızı).

İspan futbolçunun "Sevilya" ilə müqaviləsi 2024-cü ilin yayına kimi qüvvədədir.

Xoakin yayda, 41 yaşında "Betis"də karyerasını başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti